ŞİRİN CANA QƏSD ELƏMƏK

əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq.

ŞİRƏ ÇƏKMƏK
ŞİRİNÇAY ELƏMƏK
OBASTAN VİKİ
Artemisia cana
Artemisia cana (lat. Artemisia cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis cana
Baccharis cana (lat. Baccharis cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Buddleja cana
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Callicarpa cana
Callicarpa macrophylla (lat. Callicarpa macrophylla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Atriplex cana
Ağ sirkən (lat. Atriplex cana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Qəsd (1990)
Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri... Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev Operator: Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sui-qəsd
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. İzahlı lüğətlərdə, "gizlincə qəsd etmək", "qaçırmaq" və "pisliyə cəhd" kimi izah olunur.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Adil Şirin
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Solmaz Şirin
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
Şirin hoveniya
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
Şirin kənd
Şirinkənd (Marağa)
Şirin qoğal
Şirin qoğal Azərbaycanın milli şirniyyat növlərindən biridir. 1kq un 2 yumurta 1/2(yarım) çay qaşığı sarıkök 1 çay qaşığı dolu duz 2-2,5 stəkan süd 1 çay qaşığı quru maya 1 stəkan un 1 stəkan şəkər tozu x.q əridilmiş kərə yağı, 1/4 (dörddəbir) çay qaşığı hil 1 stəkan çəkilmiş qoz (istəyə görə) 1stəkan şəkər tozu *1/4 çay qaşığı 400-450 qram kərə yağı 1 ədəd yumurta Xaşxaş Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq suda qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.Xəmiri qarışdırıb tam həll olananadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə klyonka çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.Hazır olanda əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.Hazır kütləni başqa bir qaba boşaldırıq. Kütlə soyuduqda şəkər tozunu və hili əlavə edib yaxşı qarışdırırıq. İçlik hazırdır.Yuxaları yağlamaq üçün yağı qabda əridirik .Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.Xəmir 2 saata açıyır.
Şirin su
Şirinsu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirinsu (İran) — İranın Həmədan ostanının şəhərlərindəndir.
Şirin zeytun
Şirin zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu tərəfındən Bakı şəhəri ətrafmda olan köhnə əkinlər içərisindən seçilmişdir. Ağacı iridir, piramidalı şarşəkilli çətirə malikdir. Çətiri dağmıqdır. Meyvələri tam yetişdikdə qara rəngli olur, parlaqdır. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək- tək, ııadir halda iki-iki, üç-üç yerləşir. Meyvə saplağa kifayət qədər möhkəm birləşməyib, ona görə də tam yetişdikdə meyvələr tökülür, xüsusən külək olduqda daha çox tökülür. Meyvənin qabığı bərkdir. Lət meyvənin 87 - 89 %-ni təşkil edir.
Şirin Şükürov
Şükürov Şirin Ağabala oğlu (21 mart 1910, Zubovka – 21 sentyabr 1987, Əli-Bayramlı) — Sovet İttifaqı Qəhrəmanı. 1910-cü ildə Azərbaycanın Əli Bayramlı şəhərində anadan olmuşdur. 1941-ci ildə cəbhəyə yollanmışdır. Krımda, Qafqazda, Voronejdə, Belorusiyada və Polşada vuruşmuşdur. 12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Lakin elə bu vaxt düşmən cəbhədən gələn pulemyot atəşi sovet ordusunu bir anlıq geri çəkilməyə, yerə yatmağa vadar elədi. Elə bu vaxt Şirin Şükürov "Yoldaşlarım, irəli" sözlərilə ayağa qalxıb düşmənə sarı cumdu. Qranat və atvomatlarla düşməni məhv edərək irəliləyərkən, başından və ayağından yaralanmasına baxmayaraq 3 cərgə faşist dəstəsəni dəf eləyə bildi. 1945-ci ilin 27 fevralında SSRİ Ali Sovetinin əmrilə Şirin Şükürova Visladakı qəhərmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Şirin Əbdülvahab
Şirin Əbdülvahab (ərəb. شيرين عبد الوهاب‎, 8 oktyabr 1980, Qahirə) Avropada Sherine kimi tanınır. Ərəb və müsəlman dünyasında Şirin (ərəb. شيرين‎ kimi məşhurdur) — Misir müğənnisi. Şirin Əbdülvahab 8 oktyabr 1980-ci ildə Misirdə, Qahirə şəhərində anadan olub. 2001-ci ildən sonra müğənni kimi məşhurlaşıb. Albomları Free Mix 3 avec Tamer Hosny (2002). Éditeur : Free Music Art Production Garh Tany (une autre blessure) (2003). Éditeur : Free Music Art Production Lazem A'eesh (translation: je dois vivre) (2005). Éditeur : Free Music Art Production Bataminak (Je te rassure) (2008).
Şirin (ad)
Şirin — ad. Şirin — Sasani şahənşahı II Xosrovun həyat yoldaşı. Şirin Xalmuratova — Qaraqalpaq şairi və publisisti. Şirin Mirzəyev — Azərbaycanın milli qəhrəmanı. Şirin Məlikova — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru.
Şirin Təkəli
Şirin Təkəli (28 fevral 1944, Ankara – 13 iyun 2017, Bodrum, Muğla ili) — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist. O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib. Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir. Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır. Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.
Şirin Bukli
Şirin Bukli (24 yanvar 1999) — Fransanı təmsil edən cüdoçu. == Karyerası == 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı 17-ci pillədə başa vurub. 2023-cü ildə Doha şəhərində (Qətər) Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib olub. 2020-ci ildə Praqa (Çexiya), 2022-ci ildə Sofiya (Bolqarıstan), 2023-cü ildə isə Monpelye (Fransa) şəhərlərində baş tutan Avropa Çempionatlarıdna bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu olub. 2024-cü ildə Fransanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. Bürünc medal uğrunda görüşdə İspaniya nümayəndəsi Laura Martinez üzərində qələbə qazanaraq olimpiadanı bürünc medalla başa vurub.